55 partiyadan yalnız 23-ü MSK-ya hesabat verib

55 partiyadan yalnız 23-ü MSK-ya hesabat verib
  01 Aprel 2019    Oxunub:2075
Bu gün siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Azvision.az xəbər verir ki, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan indiyədək 23-ü MSK-ya maliyyə hesabatı verib.
Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Qorqud” Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti