İvanişvili otağını Marqvelaşviliyə verib getdi

İvanişvili otağını Marqvelaşviliyə verib getdi
  18 Noyabr 2013    Oxunub:1111
Bidzina İvanişvili otağını Marqvelaşviliyə verdi
Gürcüstanın baş nazirinin səlahiyyətlərini icra edən Bidzina İvanişvili artıq hökumət evindəki otağını azad edib. Bu barədə noyabrın 18-də baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstanın baş nazirinin səlahiyyətlərini icra edən Bidzina İvanişvili artıq hökumət evindəki otağını azad edib. Onun otağından müvəqqəti olaraq Gürcüstan prezidenti Marqvelaşvili istifadə edəcək”-deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

Qeyd edək ki, Georqiy Marqvelaşvili rəsmən prezident səlahiyyətlərinin icrasına başlayandan sonra, noyabrın 17-də ilk sərəncamını imzaladı. Sərəncama əsasən bir ildən artıq hökumətə başçılıq edən Bidzina İvanişvili və nazirlər kabinetinin bütün üzvləri icraedici oldular.

Bir müddət əvvəl İvanişvili öz davamçısı olaraq hökumət başçısı postuna Gürcüstanın daxili işlər naziri İrakliy Qaribaşvilini məsləhət görüb.

Xatırladaq ki, oktyabrın 27-də prezident seçiləndən sonra Marqvelaşvili bəyan edib ki, Mixeil Saakaşvili üçün tikilən prezident sarayında işləmək niyyətində deyil. O, binanı Gürcüstan-Amerika Universitetinə verilməsini təklif edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti