Nazirlik ağac kəsən şəxsi cəzalandırıb

Nazirlik ağac kəsən şəxsi cəzalandırıb
  01 Aprel 2019    Oxunub:1980
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti