Güləşçilərimiz Batumidə 5 medal qazanıb

Güləşçilərimiz Batumidə 5 medal qazanıb
  31 Mart 2019    Oxunub:2431
Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Azvision.az xəbər verir ki, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi təmsil edən komandamız 5 medal qazanıb.

Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc mükafata sahib olub.

Azvision.az



Teqlər: Güləş   Batumi  





Xəbər lenti