“Shamkir Chess 2019”: İlk turun qarşılaşmaları

“Shamkir Chess 2019”: İlk turun qarşılaşmaları
  31 Mart 2019    Oxunub:2495
Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin martın 30-da püşkü atılıb.
İlk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka rəqib olub.

Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə, Vişvanatan Anand (Hindistan) Çexiya təmsilçisi David Navara ilə qarşılaşacaq.

Doqquz turdan ibarət “Shamkir Chess 2019”a aprelin 9-da yekun vurulacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti