İdmançımız Avropa çempionatının finalında

İdmançımız Avropa çempionatının finalında
  30 Mart 2019    Oxunub:1956
Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.
Gözdən zəif idmançılar arasında 3 idmançıdan ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.

Qeyd edək ki, 3 dərəcə üzrə Para-karateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.

Azvision.az



Teqlər: Karate  





Xəbər lenti