Sosial müavinət və təqaüdlər apreldə artımla veriləcək

  Sosial müavinət və təqaüdlər apreldə artımla veriləcək
  29 Mart 2019    Oxunub:3039
Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə Prezident təqaüdlərinin orta hesabla 100 faiz artırılması, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq aiddiyatı üzrə təqdim edilib.
Azvision.az -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, yaxın günlərdə müvafiq sənədlər imzalanacaq. Aprelin 1-dən artımlar tətbiq olunmaqla, yeni təqaüd növləri də təsis olunacaq. Eyni zamanda, artırılmış sosial müavinət və təqaüdlər elə aprel ayında yeni artımla birgə veriləcək, yeni təqaüd növlərinin də ödənişi gələn aydan təmin ediləcək.

S.Babayev Sərəncamın ən həssas kateqoriyalardan olan 600 minədək vətəndaşı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə etdiyini deyib. O, sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunması üçün illik əlavə olaraq 400 milyon manat vəsait ayrılacağını bildirib.

Azvision.az


Teqlər: ƏƏSMN   Təqaüd  





Xəbər lenti