Səfər Əbiyevdən ilk AÇIQLAMA: “Bu xəbərlər tamamilə yalandır”

Səfər Əbiyevdən ilk  AÇIQLAMA: “Bu xəbərlər tamamilə yalandır”
  17 Noyabr 2013    Oxunub:1000
Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev son günlər evinin sökülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında sabiq nazir şəhərin mərkəzində sökülən evinin ona aid olmadığını bildirib.

Haqqında gəzən söz-söhbətlərdən qəzəblənən S.Əbiyev qeyd edib ki, bəziləri onunla bağlı heç bir əsası olmayan xəbərlər yayır.

“Onlar belə məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər”.

Sabiq müdafiə naziri əvvəlki kimi ölkə rəhbərliyinin etimadını qazandığını və bu illər ərzində öz vəzifə borclarına vicdanla yanaşdığını deyib.

S.Əbiyev bu məlumatları yayan şəxslərə qarşı ciddi tədbirlər görəcəyini qeyd edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti