Rəsul Quliyevdən müxalifə 52 min dollarlıq ittiham

Rəsul Quliyevdən müxalifə 52 min dollarlıq ittiham
  16 Noyabr 2013    Oxunub:1166
“Mənim Müsavat və AXCP-nə olan `borcum` ətrafında söz söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur”.
AzVision.az-ın məlumatına görə, bunu ACP-nin eks-lideri Rəsul Quliyev bildirib. Haqqında yayılan ittihamlara cavab verən eks-spiker AXCP və Müsavata borcunun olması haqda deyilənlərin yalan olduğunu bildirib.

“Bu `borc` məsələsinin ortaya çıxması məni yenidən o keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzərdə hər gün orada verliş aparırdı. O vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri o TV vasitəsi ilə müsahibələr verirdilər. Və Türk dostum aqitasiya üçün maşın hazırlamaq,yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və 1 ay Azərbaycanda seçki qabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki proyektin maliyyəsi dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min TV, 35 min maşın üçün. Xərc 3 yerə bölünməli idi. Yəni Xalq Cəbhəsi, Müsavat, ADP hər biri 26 min dollar pul ödəməli idilər. Təəssüf ki, AXC və Müsavat heç nə ödəmədi. O məşhur 8 mini də kimə verdiklərini açıqlasalar çox məmnun olardım. Çünki nə mənə , nə TV yaradanlara , nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşında Azərbaycana gəlib çıxmadı. Tam məsuliyyətlə hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm, bu borclarını xahiş edirəm “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə ödəsinlər, azad mətbuata yardım etsinlər”-deyə R.Quliyev iradlara cavab verib.

Rüstəm İsmayılov


Teqlər:





Xəbər lenti