Maykl Essyen rəsmən "Səbail"də

Maykl Essyen rəsmən "Səbail"də
  16 Mart 2019    Oxunub:3096
Tanınmış futbolçu Maykl Essyenin “Səbail”ə keçidi rəsmiləşib.
Azvision.az Kluba istinadən xəbər verir ki, onunla 1,5 illik müqavilə imzalayıb.

Essyen, həmçinin ”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qeyd edək ki, peşəkar karyerasına “Bastiya”da başlayan Qana millisinin sabiq üzvü “Çelsi”, "Real" və "Milan" kimi klubların formasını geyinib. 37 yaşlı yarımmüdafiəçi “Çelsi”nin heyətində 168 matçda 19 qol vurub.

Azvision.az



Teqlər:





Xəbər lenti