Azərbaycanla İran arasında hiberoptik kabel çəkiləcək

Azərbaycanla İran arasında hiberoptik kabel çəkiləcək
  15 Mart 2019    Oxunub:3558
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı protokolda Azərbaycan və İran arasında dəhlizin Rəşt- Astara hissəsinin tikintisinə dair birgə əməkdaşlığın davam etdirilməsi əksini tapıb.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, energetika sahəsində Xudafərin - Qız Qalası hidroqovşaqlarının birgə istismarı haqqında saziş imzalanıb. "Biz bu layihənin başa çatdırılması istiqamətində əməkdaşlığımızı davam etdirmək barədə razılığa gəldik.

Nazir, eyni zamanda qeyd edib ki, Azərbaycan və İran arasında hiberoptik kabellərin çəkilməsi istiqamətində də razılıq əldə olunub və artıq vacib informasiya kommunikasiya texnologiyalarının sahəsində layihənin həyata keçirilməsi reallaşacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şahin-Mustafayev   İran   Nazir  





Xəbər lenti