Fəzail Ağamalı ofşor şirkətlərin yaradılmasını təklif etdi
Deputat qeyd edib ki, sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür:
“Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu onların iqtisadi inkişafına mane olmur”.
F.Ağamalı, həmçinin elm sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Milli-Məclis Fəzail-Ağamalı