Deputat parlamentdə “kupça” məsələsini qaldırdı
Deputat bildirib ki, bu ərazilərdə yaşayan insanlar orada çoxdan ev tikiblər və 20-30 ildir orada yaşayırlar: “Onlar kommunal xərclər ödəyirlər. Lakin əllərində bir sənəd olmadığında onlar nə dövlətə əmlak vergisi ödəyirlər, nə də bu evlər alqı-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır. Halbuki, bu evlər sənədləşsə, dövlət təxmini hesblamalara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hanısa məmurun qara kassasını dolduraq?”.
Bundan əlavə, deputat təklif edib ki, şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməlidir. Bu, dövlət hesabına həyata keçirilməlidir: “Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulur. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”.
E.Axundova digər bir təklifində isə bildirib ki, səhiyyə müəssisələrində uşaqların cinsinin açıqlanması qadağan edilməlidir.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Milli-Məclis