Daxili orqanında narkotik keçirən 87 qadın gömrükdə tutulub
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı jurnalistlər üçün təşkil edilən təlimində çıxışı zamanı deyib.
DGK rəsmisi əlavə edib ki, bəzi kişilər öz həyat yoldaşlarını bu işə cəlb edirlər. Onun sözlərinə görə, ötən il 1 ton 193 kq narkotik vasitə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilib: “Bunun 1 ton 37 kiloqramını heroin təşkil edib. Son 3 ildə isə 2 ton 251 kq heroin aşkar edilib".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: DGK