“Metroda heç bir təhlükə yoxdur” - Sədr müavini iddialara cavab verdi
Azvision.az -ın məlumatına görə, QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, metro stansiyalarında sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur.
"Metropolitenin tikintisində qaydalara ciddi riayyət olunmasaydı, böyük sayda insan tələfatına yol verilərdi. Əgər bunlar yoxdursa, demək, tikinti normalara uyğun aparılıb. Böhtan atmaqla deyil".
H.Məmmədov, həmçinin metropoliten əməkdaşlarının normadan artıq işlədilməsi məsələsində aydınlıq gətirib. Vurğulayıb ki, hərəkət təhlükəsizliyi ilə işçiləri bir dəqiqədən artıq saxlamağa ixtiyarları yoxdur.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı mətbuata açıqlama verərək, metro stansiyalarının tikintisində ciddi nöqsanlara yol verildiyini, sərnişinlərin təhlükədə olduğunu iddia ediblər. Şikayətçi metro işçiləri qurumun rəhbərliyi barəsində ağır ittihamlar irəli sürüblər.
Aytən Zəhra
Azvision.az
Teqlər: Metro