Bir ayda Azərbaycanda ən çox aşkar edilən xəstəliklər

Bir ayda Azərbaycanda ən çox aşkar edilən xəstəliklər
  14 Mart 2019    Oxunub:3963
Səhiyyə müəssisələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 12-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 12.02.2019-cu il tarixindən 12.03.2019-cu il tarixinədək ölkə üzrə ümumilikdə 1 947 274 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib.
Bunlardan 9 267 44-ü kişi, 1 020 530-u qadındır. Müayinələr zamanı ümumilikdə 2932 nəfərdə infeksiyon, 879 nəfərdə yenitörəmələr, 5075 nəfərdə qanyaradıcı xəstəliklər, 5026 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.

Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

Aşkarlanmaların nəticəsi olaraq 19810 nəfər dispanser qeydiyyata götürülüb. 36092 nəfər sağlamlaşdırılıb, 7389 hospitalizə olunub, 623503 nəfər isə əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.

Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti