“Hər il 10 milyona yaxın insan vərəmə yoluxur”
Komitə sədri bildirib ki, dünyada və ölkəmizdə vərəmlə mübarizə istiqamətində xeyli işlər görülüb: “Bu istiqamətdə uğurlar əldə olunub. Xəstəliyin müalicəsi üçün yeni preparatlar tətbiq olunmaya başlayıb. Buna baxmayaraq, xəstəlik insanlar arasında geniş yayılmaqdadır. Ona görə Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliklə mübarizəni prioritet hesab edir. Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür”.
Ə.Əmiraslanov qeyd edib ki, bu xəstəlik tələfata daha çox səbəb olur: “Ona görə də vərəmlə mübarizə prioritet istiqamətlərdən biridir. Azərbaycanda vərəmlə mübarizə dövlət proqramında əksini tapıb. Bu il vərəm və şəkərli diabet xəstələrinin müalicəsi üçün əlavə 15 milyondan artıq vəsait ayrılıb”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Milli-Məclis Komitə