“Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir” - Prezident
Bu, regionda ən nəhəng infrastruktur layihəsidir, ona qoyulan bütün sərmayələrin həcmi təqribən 40 milyon ABŞ dollarına bərabərdir. Burada biz güclü beynəlxalq maliyyə təsisatlarının dəstəyini görürük, burada korporativ maliyyə vəsaitləri istifadə olunur. Yəni, bu, ölkələr və şirkətlər arasında olan sıx əməkdaşlığın nümunəsidir və təbii ki, bizim planlarımız daha irəli gedən planlardır. Biz artıq Balkan ölkələri, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumları imzalamışıq və ümid edirəm ki, növbəti mərhələdə sıx əməkdaşlığa başlayacağıq.
Bu layihəyə cəlb olunmaq istəyən ölkələrin coğrafiyası da gündən-günə artır. Bu, bir daha onu göstərir ki, bizim nəqliyyat təşəbbüslərimiz geniş beynəlxalq əməkdaşlıqla nəticələnir. Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Burada Asiya, Avropa ölkələri və təbii ki, Avropa İttifaqına üzv olan dövlətlər iştirak edir. Bu, çox böyük bir nailiyyətdir, böyük sərvətimizdir və biz yalnız bu prosesin ilkin mərhələsindəyik. Bu proses başa çatdıqdan sonra böyük iqtisadi mənfəət olacaq, on minlərlə yeni iş yeri yaranacaq və təbii ki, bu, ölkələri biri-birinə daha da sıx bağlayacaq".
Azvision.az
Teqlər: İlham-Əliyev