“Aida” tamaşası dünya opera ulduzlarının ifasında

 “Aida” tamaşası dünya opera ulduzlarının ifasında
  13 Mart 2019    Oxunub:1866
Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək.
Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tamaşada Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub.
Əsas partiyalardan biri olan Amneris partiyasında isə həmyerlimiz - Azərbaycanın Əməkdar artisti, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcək.

Tamaşada həmçinin Teatrımızın aparıcı solistləri - Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Misir şahı), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) və Əməkdar artistlər Cahangir Qurbanov (Amonasro) və Tural Ağasıyev (Çapar) çıxış edəcəklər.
Opera tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Azvision.az




Teqlər:





Xəbər lenti