Əli Əhmədov Çin Xarici Əlaqələr İnstitutunun prezidenti ilə görüşüb
Qonaq Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən və sabit inkişafından razılığını ifadə edərək, hər iki ölkədə qarşılıqlı siyasi etimadın daim dərinləşdiyini, əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrində həqiqətən çox səmərəli nəticələr əldə olunduğunu, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətlərin uğurlu davam etdiyini diqqətə çatdırıb.Liang Jianquanq geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli mövqeyə malik olan Çin arasında əlaqələrin inkişaf perspektivlərinin məmnunedici olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Çin-Azərbaycan münasibətlərinin gələcək hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: