Dövlət Statistika Komitəsindən
Azvision.az -a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb. Sənaye məhsulunun 22,7 faizi emal sektorunda istehsal olunub. Bu sektorda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artıb.
Digər nəqliyyat vasitələrinin istehsalı 4,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,4 faiz, poliqrafiya məhsullarının istehsalı 15,7 faiz, elektrik avadanlıqlarının istehsalı 24 faiz, geyim istehsalı 27,1 faiz, tütün məmulatlarının istehsalı 32,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8 faiz azalıb.
Azvision.az