“Rossiya 24” Azərbaycan nefti barədə reportaj yayımlayıb
Reportajda Heydər Əliyev adına neft emalı zavodunun modenləşdirilməsi və yenidənqurulması, martın 17-18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları, “SOCAR Trading” şirkətinin fəaliyyəti, eləcə də Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrdən danışılır.
Energetika naziri Pərviz Şabhazov OPEC+ razılaşması üzrə Azərbaycanın öhdəliyi və buna əməl etməsi, Rusiya şirkətləri ilə əməkdaşlıqdan, SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov isə şirkətin qlobal layihələrindən bəhs edib.
Azvision.az
Teqlər: Azərbaycan Neft