Narkomaniya ilə mübarizəyə həsr edilən tədbir keçirilib
Diqqətə çatdırılıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Qeyd olunub ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilib. Bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilib.
Bundan başqa, narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar təsdiq edilib və uğurla həyata keçirilib. Sonra “Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi” İctimai Birliyi sədrinin müavini Leyla Yolçiyeva narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə konkret faktları slaydın müşayiəti ilə tədbir iştirakçılarına təqdim edib. Tədbirin sonunda bəşəriyyətin təhlükə mənbəyi olan narkomaniyadan bəhs edən qısametrajlı sənədli film nümayiş olunub.
Azvision.az
Teqlər: Narkomaniya SHXÇDX