Azərbaycan-Küveyt əlaqələri müzakirə olunub

Azərbaycan-Küveyt əlaqələri müzakirə olunub
  12 Mart 2019    Oxunub:1540
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın Küveytlə münasibətlərin daha da dərinləşməsinə önəm verdiyini bildirərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Küveyt müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında yaxşı əməkdaşlıq edirlər.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, ölkələrimiz arasında siyasi, ticari, mədəni sahələrdə yaxşı əlaqələr formalaşıb, parlamentlərarası münasibətlər də inkişaf etməkdədir. Bu cür görüşlərin keçirilməsi əməkdaşlığın daha da genişlənməsinə töhfəsini verəcək.

Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib.

Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xalid Əl-Uteybi ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu bildirərək vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.

Söhbət zamanı Azərbaycan-Küveyt əlaqələrinin perspektivlərinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Azərbaycan   Küveyt  





Xəbər lenti