Spiker dağıstanlı həmkarı ilə görüşüb
Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rolu var. “Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır”,- deyə parlament sədri qeyd edib.
Azərbaycan və Dağıstan xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Xalq Məclisinin sədri Xızrı Şıxsəidov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. Söhbət zamanı münasibətlərimizin genişlənməsində parlamentlərin rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.
Azvision.az
Teqlər: Azərbaycan Dağıstan