Qohum olmayan donorlarla bağlı Etika Komissiyası yaradılır

 Qohum olmayan donorlarla bağlı Etika Komissiyası yaradılır
  12 Mart 2019    Oxunub:1610
Qohum olmayan şəxslərin donor olmasına razılığa rəy verilməsi üçün Etika Komissiyası yaradılır.
Azvision.az -ın məlumatına görə, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunda əksini tapıb.

Qanunun 30-cu (Etika Komissiyası) maddəsinə əsasən, qohum olmayan canlı donorlardan orqanın alkına bilməsi ilə əlaqədar etik və hüquqi məsələlərin araşdırılması və müvafiq qərar verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı nəzdində ictimai əsaslarla Etika Komissiyası yaradılır.

Komissiya tərkibinə psixoloq və hüquqşünas da daxil olmaqla 5 nəfərdən ibarət təşkil edilir. Etika Komissiyası donorun şəxsiyyətini, könüllüyünü araşdıraraq qərar qəbul edir.

Komissiyanın tərkibində və işində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakına yol verilmir.

Etika Komissiyasına xəstələrin müraciəti koordinasiya mərkəzi tərəfindən, eyni mərkəzin konsilium qərarı əsasında olmalıdır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Etika-Komissiyası   Donor   Qanun  





Xəbər lenti