“Elə insanlar var ki, əməliyyat etdirməyə imkanı yoxdur” - Komitə sədri

   “Elə insanlar var ki, əməliyyat etdirməyə imkanı yoxdur” -    Komitə sədri
  12 Mart 2019    Oxunub:2564
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi donor transplantasiyası ilə bağlı əməliyyatların xərclərini öz üzərinə götürməlidir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, elə insanlar var ki, bu əməliyyatı reallaşdırmağa imkanı yoxdur: “Belə əməliyyatlar gecikdirilə bilməz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5-6 əməliyyatı öz üzərinə götürməklə işini bitmiş hesab etməli deyil. Xahiş edirəm ki, bu təklifimi dövlət agentliyinin direktoru Zaur Əliyevə çatdırın. Yəni bu istiqamət üzrə tutumlu maliyyə ayrılmalıdır. Düşünməyin ki, dövlət büdcəsindən bu istiqamətdə dövlət agentliyinə vəsait ayrılacaq”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti