Qohum olmayan şəxsin donor olmasına icazə veriləcək

 Qohum olmayan şəxsin donor olmasına icazə veriləcək
  12 Mart 2019    Oxunub:2738
“Azərbaycanda qohum olmayan şəxsin donor olmasına icazə veriləcək”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitə sədrinin müavini Musa Quliyev deyib.
O, qeyd edib ki, hazırkı qanunda qohum olmadığı halda donorluğa icazə verilmir: “Dünya təcrübəsində, xüsusən də Türkiyədə Etika Komissiyasının rəyi əsasında qohum olmayan və alqı-satqı vasitəsi olmamaq şərtilə könüllü şəkildə kimsə belə bir humanist addım ata bilər. Biz də yeni qanun hazırlanarkən müzakirə apardıq və qərara aldıq ki, buna əngəl olmaq doğru deyil. Ona görə yeni qanunla donor qohum ola da bilər, olmaya da”.



Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Musa-Quliyev  





Xəbər lenti