“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

   “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir
  12 Mart 2019    Oxunub:1656
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin birinci oxunuşda müzakirə olub.
Azvision.az xəbər verir ki, qanunun yeni – 32-1-ci (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyadan keçirilməsi üçün 20 manat dövlət rüsumu tutulacaq.

Qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinin 0.5.2-ci (ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10 000 manat) bəndində dəqiqləşdirmə aparılıb. Belə ki, bu rüsum dövlət ümumi təhsil müəssisələrinə aid edilməyəcək.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: İclas   MM  





Xəbər lenti