Xanım deputat: “Dua edirəm ki, Bakıda külək əssin”

  Xanım deputat:  “Dua edirəm ki, Bakıda külək əssin”
  12 Mart 2019    Oxunub:2360
“Paytaxt Bakıda ekoloji vəziyyət dözülməzdir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Elmira Axundova deyib.

Deputat deyib ki, Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur: “Bakı bulvarı bərbad gündədir. Mazut qoxusu hər tərəfi bürürür. Nəyə görə oradan mazut iyi gəlsin? Nə üçün təmizlənmir? “Ağ şəhər” ərazisində də vəziyyət pisdir. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə daha ciddi işləməlidir”.

E.Axundova qeyd edib ki, bir çox kustar sexlər ekoloji vəziyyəti bərbad günə salır: “Şadlıq evləri nə qədər tüstü, lazımsız maddələr buraxır. Bütün bunların hamısı ciyərlərimizə dolur. Şükür olsun ki, Bakıda hərdən külək əsir. Dua edirəm ki, bir az külək əssin və şəhər bir qədər təmizlənsin”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Milli-Məclis   Deputat   Elmira-Axundova  





Xəbər lenti