Ötən il Bakıda 29722 körpə doğulub

Ötən il Bakıda 29722 körpə doğulub
  06 Mart 2019    Oxunub:1105
Ötən il Bakıda 29 min 722 körpə doğulub. Həmin dövrdə paytaxtda 13 min 117 ölüm halı qeydə alınıb. Bakıda təbii artım 16 min 605-ə bərabər olub.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtın rayonları arasında ən çox doğum və ölüm halları Sabunçu rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 3719 körpə doğulub, 1901 nəfər isə vəfat edib. Ən aşağı göstəricilər isə Pirallahı rayonunda qeydə alınıb - müvafiq olaraq 267 və 111.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti