Almaniyada Azərbaycanın turizm potensialı təqdim olunacaq
Sərginin ilk günü Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri və influenserlerinin iştirakı ilə Azərbaycan mədəniyyətinin tanıtımı üçün xüsusi tədbir təşkil olunacaq. Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı foto sərgisi nümayiş etdiriləcək, bəstəkar və pianoçu İsfar Sarabski çıxış edəcək, tarda milli musiqilərimiz tədbir iştirakçılarına təqdim olunacaq.
53-cü ildir təşkil olunan sərgidə Azərbaycan 2003-cü ildən iştirak edir.
Azvision.az
Teqlər: Turizm