Baş prokuror vətəndaşları qəbul edəcək

Baş prokuror vətəndaşları qəbul edəcək
  05 Mart 2019    Oxunub:1631
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 15-də saat 10:00-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, İmişli, Cəlilabad, Neftçala və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: Baş-Prokuror   Qəbul  





Xəbər lenti