Prezident italiyalı deputatı qəbul edib

Prezident italiyalı deputatı qəbul edib
  05 Mart 2019    Oxunub:1378
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğuladı. İtaliya Prezidentinin keçən il Azərbaycana, özünün isə İtaliyaya bir neçə dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük sənaye müəssisəsinin açılışının qeyd edildiyini bildirdi və ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu dedi.

Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu dedi. Enerji sahəsində Azərbaycan ilə İtaliya arasında bir sıra razılaşmaların olduğunu vurğulayan qonaq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlərin uğurla davam etdirildiyini məmnunluqla vurğuladı. Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini dedi və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd etdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azvision.az


Teqlər: İlham-Əliyev   İtaliya  





Xəbər lenti