“Xidmət sektorları bazar günü də işləməlidir” - Fazil Mustafa

“Xidmət sektorları bazar günü də işləməlidir” -  Fazil Mustafa
  05 Mart 2019    Oxunub:2922
“Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləyə bilər”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: “Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftəiçi-işvaxtı bunu həll edə bilmir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Fazil-Mustafa  





Xəbər lenti