Rusiya XİN-dən KTMT baş katibi barədə açıqlama

  28 Fevral 2019    Oxunub : 1114
 Rusiya XİN-dən KTMT baş katibi barədə açıqlama
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin təyinatı ilə bağlı məsələ sadə deyil, bununla bağlı işlər davam etdirilir.

Azvision.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin jurnalistlərin “Ermənistanın barışmaz mövqeyi ilə əlaqədar KTMT-nin baş katibi 2020-ci ilədək təyin olunacaqmı və mövcud vəziyyət Moskvanı qane edirmi?” sualına cavabında belə deyib.
“Bu, hipotetik sualdır, asan deyil. Ən başlıcası odur ki, KTMT effektiv fəaliyyətini davam etdirsin. İndi orada təşkilatın baş katibi səlahiyyətlərinin icraçısı var. Güman edirik ki, bu struktur dinamik inkişafını davam etdirəcək və coğrafi məsuliyyət sferasında təhlükəsizliyi təmin edəcək. KTMT baş katibi ilə bağlı məsələnin necə həll olunacağına gəlincə, bu, gündəmdə olan sualdır, amma onun üzərində iş gedir”, – deyə Karasin vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: KTMT   Ermənistan   Rusiya