Ermənistanda benzinin qiyməti artacaq
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın “Fleş” MMC-nin rəhbəri Barseq Beqlaryan jurnalistlərə açıqlamasında deyib.
Ekspert onu da vurğulayıb ki, Ermənistan kimi heç bir karbohidrogen ehtiyatlarına malik olmayan, yanacaq təminatında tamamilə idxaldan asılı olan bir ölkə üçün benzin qiymətlərinin qalxması digər sahələrə, məsələn nəqliyyat xidmətində də qiymət artımına səbəb ola bilər ki, bu da sonda ciddi sosial etirazlar üçün qığılcım olacaq.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan Benzin Yanacaq