İçki və qida məhsullarının istehsalı artıb

İçki və qida məhsullarının istehsalı artıb
  20 Fevral 2019    Oxunub:1900
Yanvarda əvvəlki ilin eyni ayı ilə müqayisədə içki istehsalında 48,9 faiz, qida məhsullarının istehsalında 14,3 faiz artım, tütün məmulatlarının istehsalında isə 33,5 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 5,1 dəfə, duru bitki yağlarının istehsalı 54,6 faiz, cem və marmeladların istehsalı 3,7 faiz, araq istehsalı 5 dəfə, alkoqolsuz içkilərin istehsalı isə 50,6 faiz artıb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti