“Təxribat xarakterli bəyanatlara inanmamağı xahiş edirik” - Səfirlik
Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Oleq Baranov Polad Bülbüloğlunu əmin edib ki, vəziyyət tam nəzarətə götürülüb və bütün zəruri tədbirlər görüləcək.
Görüşdə bildirilib ki, internetdə 4-6 nəfərin həlak olması barədə informasiya yayılır. Bu informasiya həqiqətə uyğun deyil. Sosial şəbəkələrdə yayılan və yalnız bir məqsəd - düşmənçilik və ədavət mühitinin yaradılması məqsədini güdən belə provokasiyaların təsiri altına düşməmək xahişi təkidlə səslənib.
Dünən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyanat verib. O bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz.
Səfir Polad Bülbüloğlu bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla dünən və bu gün bir sıra görüşlər keçirib. Bununla əlaqədar olaraq səfirlik jurnalistlərə, habelə bu məsələdə düzgün mövqe tutmuş bütün şəxslərə təşəkkür edir.
Səfirliyin məlumatında deyilir: “Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik. Səfirlik bu problemlə bilavasitə məşğul olur və ictimaiyyəti hadisələrin sonrakı gedişatı barədə məlumatlandıracaq”.
Azvision.az