16 min təqaüd yerinin bölgüsü bir aya təsdiqlənəcək

16 min təqaüd yerinin bölgüsü bir aya təsdiqlənəcək
  15 Fevral 2019    Oxunub:2172
16 min təqaüd yerinin ixtisaslar üzrə bölgüsü bir ay ərzində Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi brifinqdə deyib. Bildirib ki, Nazirlər Kabinetinin tapşırığı ilə ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min artırılması ilə bağlı artıq ilkin təkliflər var.

Nazir qeyd edib ki, təkliflər hökumət tərəfindən təsdiq olunduqdan sorna ictimaiyyətə ətraflı məlumat veriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ceyhun-Bayramov   Təhsil-Nazirliyi  





Xəbər lenti