110 minə yaxın tələbənin təqaüdü artacaq - Rəsmi

   110 minə yaxın tələbənin təqaüdü artacaq -    Rəsmi
  14 Fevral 2019    Oxunub:3574
110 minə yaxın təhsilalanın sosial müdafiəsi gücləndiriləcək.

Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1- dən təqaüdlər orta hesabla 20% - ə yaxın artacaq.

C.Valehov qeyd edib ki, Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1- dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırki 31 faizdən 45 faizə çatdırılacaq.

Aytən Zəhra
Azvision.az





Teqlər: Tələbə   Təqaüd  





Xəbər lenti