“Dedi, pulu verməsən, uşaqları girov saxlayacağam” - İki körpəsini küçəyə atan ana

  06 Fevral 2019    Oxunub : 2495
 “Dedi, pulu verməsən, uşaqları girov saxlayacağam” - İki körpəsini küçəyə atan ana
"Bakıya 19 yaşımda getmişdim. Orada çox qalmadım. Sonra Bərdəyə gəldim. Burada işləməyə başladım"
Azvision.az xəbər verir ki, bunu Bərdədə iki uşağını küçəyə atan Yeganə Osmanova deyib.

"İşləyirdim, imkanım yaxşı idi. Uşaqları saxlaya bilirdim. Kafedə işləyəndə pulum olurdu, müdir də köməklik edirdi. Sonra işləyə bilmədim. Uşaqları internatın həyətində qalan qadın saxlayırdı. Ona pul verirdim. İmkanım olmadı. Gətirdim 20 manat verdim, borcum qaldı, Dedi ki, pulu gətirməsən, uşaqları girov saxlayacağam. 20 gün arvadın evinə gəlmədim. Bildim ki, uşaqlar ondadır", - deyə günlərdir müzakirələrə səbəb olan Yeganə Osmanova özünə haqq qazandırmağa çalışıb.



Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Azvision.az

Teqlər: Bərdə