Hadi Rəcəbli: “Uşaqlarına 500 manata telefon alırlar, amma..”

Hadi Rəcəbli: “Uşaqlarına 500 manata telefon alırlar, amma..”
  09 Noyabr 2013    Oxunub:955
“Ailə var ki, uşağa 500 manata telefon alır amma ona istirahət etməyə şərait yaratmır”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli deyib.

Deputat qeyd edib ki, uşaqların istirahətinin təşkili ilə bağlı məsələ ən aktual və insanları düşündürəndir:

“Bu sosial sifarişdir, cəmiyyətdə də bu haqda geniş söhbət gedir. Neçə illərdir ki, bu məsələ gündəmdə var. Bizim komitə bu məsələni 3 ildir müzakirə edir. Əlbəttə bizim əsas fikrimiz ondan ibarətdir ki, dövlət yükünü azaldaq, dövlətə yük çox verməyək və bütövlükdə əlaqələndirmə işini quraq. Valideynlərin özləri uşaqların istirahətini təşkil etmək istəyirlər, xeyriyyə təşkilatları,QHT-lər, bələdiyyələr və hətta partiyalar da burada iştirak etmək istəyirlər. Amma bunun əlaqələndirilməsində problem var. Bu qanunun əsas funksiyası əlaqələndirməkdir yəni ələbaxımlılıq deyil. Hökümətin üstünə yıxılmaq deyil. Daha çox insanların, QHT-lərin, Həmkarlar təşkilatlarırın və ailələrin özlərinin uşaqların istirahətinə diqqət yetirməsidir. Məsələn, ailə var ki, uşağa 500 manata telefon alır, amma uşağı üçün bir istirahəti təşkil eləmir. Bilmir ki, bunu necə həll eləsin. Biz qanunla bu məsələdə onlara kömək etməyə çalışacağıq”.

Komitə sədri uşaqlara qarşı məişət zorakılığından da danışıb. O, bildirib ki, bununla bağlı müvafiq qanunlar var:

“İnzibati orqanlarda inzibati xətalar məcəlləsi və digər məcəllələrdə bu öz əksini tapıb.

Millət vəkili valideynlərin övladlarını döyməsi faktı ilə bağlı bildirib ki, burada mentalitet, gerilik məsələləri var: “Burada milli mentalitet, bəzən gerilik var. Bir sıra məsələlər var ki, burada da televiziya, mətbuat bizə kömək edir. Daha çox örnəklər, valideyn-övlad örnəklərini ailələrə göstərmək lazımdır.

Hadi Rəcəbli bu cür ailələrə cərimə tətbiq olunmasının tərəfdarı olmadığını qeyd edib: “Cərimə tətbiq etməklə nə qazanırsan? Sosial durumu ağır olan ailədir, onu da cərimələyirsən və ya həbs elədin. Bununla nəyə nail olacağıq? Onda da uşaq başsız qalır, bununla bağlı başqa yol seçmək lazımdır. Daha çox QHT-lər, ictimai təşkilatlar, qonşular, ağsaqallar, ictimaiyyət bu məsələdə iştirak eləməli, bu cür valideynləri maarifləndirməlidirlər”-deyə, millət vəkili əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti