“Şagirdin topladığı bal qiymətlərə uyğunlaşdırılacaq” - Şöbə müdiri

“Şagirdin topladığı bal qiymətlərə uyğunlaşdırılacaq” -  Şöbə müdiri
  04 Yanvar 2019    Oxunub:3528
"Yeni qaydalarda qiymət və bal anlayışı ayrılıb. Şagirdin summativ qiymətləndirməsində topladığı bal qiymətlərə uyğunlaşdırılacaq".
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Nazirlik rəsmisi şagirdlərə veriləcək sualların ağırlıq dərəcəsinə aydınlıq gətirib.

"Sualların 4 ağırlıq dərəcəsi olur. 4-cü dərəcə "5" qiymət almaq istəyən şagirdlər üçündür. 1-ci dərəcədə suallar ona görə verilir ki, sinfin yarısı suallara cavab verə bilsin. Çünki təmayüllü liseydə oxuyan şagirdin göstəriciləri ilə kənd məktəbində təhsil alan şagirdin göstəriciləri eyni ola bilməyəcək".

E. Əmrullayev qeyd edib ki, yeni qaydalar artıq qüvvəyə minib: "Tədris ilinin əvvəlindən kollegiyanın qərarları müzakirə edilirdi. Bəzi məktəblər Kiçik Summativ Qiymətləndirməni keçirdi , bəziləri isə yox. Böyük Summativ Qiymətləndirmə hələ heç bir məktəbdə keçirilməyib. Artıq qərar verilib və bütün məktəblərdə şagirdlərin qiymətləndiriıməsi buna uyğun keçiriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti