BŞTİ-yə ötən il 27 mindən çox müraciət daxil olub

BŞTİ-yə ötən il 27 mindən çox müraciət daxil olub
  03 Yanvar 2019    Oxunub:3692
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzinə ötən il ərzində 27000-dən çox müraciət daxil olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

"2 564 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. BŞTİ-yə vətəndaşlar tərəfindən 9 310 ərizə, müxtəlif qurumlardan 12 366 məktub və 4 793 elektron müraciət daxil olub.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib".

Qeyd edək ki, il ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Azvision.az



Teqlər: BŞTİ  





Xəbər lenti