“Junior Eurovision”da 10 yaşlı təmsilçimiz - VİDEO

“Junior Eurovision”da 10 yaşlı təmsilçimiz - VİDEO
  05 Noyabr 2013    Oxunub:1483
Azərbaycanın ikinci dəfə qatıldığı “Junior Eurovision 2013” yarışmasında 10 yaşlı Rüstəm Kərimov təmsil edəcək.
AzVision.az-ın məlumatına görə, 2003-cü il avqust ayında Bakıda doğulub. O, 2 yaşından musiqiyə həvəs göstərib.

2011-ci ildə R.Kərimov Rəşid Behbudova adına musiqi məktəbində pianino dərslərinə başlayıb.

Kiyevdə keçiriləcək “Junior Eurovision 2013” yarışmasında Rüstəm Kərimovun ifa edəcəyi mahnı “Me And My Guitar” adlanır. Mahnı azərbaycan və ingilis dilindədir, artıq klip də çəkilib. Mahnının müəlliflərindən biri Murad Arifdir.

“Junior Eurovision 2013”-də Azərbaycan təmsilçisinin səsləndirəcəyi mahnını təqdim edirik:



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti