Tağı Əhmədov baş nazirin yeni müavinindən danışdı

Tağı Əhmədov baş nazirin yeni müavinindən danışdı
  04 Noyabr 2013    Oxunub:970
“YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun Baş nazirin müavini vəzifəsinə təyin edilməsi partiyanın nüfuzunun göstəricisidir”.
AzVision.az-ın xəbərinə görə, bu fikirləri Bakı Metropoliteninin rəisi Tağı Əhmədov hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.

Metropoliten rəisi Tağı Əhmədov qeyd edb ki, Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi ilə nüfuzunu günbəgün möhkəmləndirir.

“YAP qələbələr partiyasıdır. Ölkədə keçirilən bütün seçki proseslərində qələbə qazanması əhalinin bu partiyanın həyata keçirdiyi siyasətə dəstəyi, gələcəyinə inamdır. 9 oktyabr prezident seçkiləri bir daha bu reallığı təsdiqlədi. YAP 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı,bu inkişafa,tərəqqiyə böyük töhfələr verib. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır, sıraları genişlənir. 21 ildə partiyanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar gələcəyə daha inamla baxmağa əsas verir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti