Zəlimxan Yaqub prezidentə müraciət edib

Zəlimxan Yaqub prezidentə müraciət edib
  04 Noyabr 2013    Oxunub:1049
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Bakıda Aşıqlar Evinin tikilməyi ilə bağlı prezident İlham Əliyevə məktub yazıb
Zəlimxan Yaqubun Apa-ya verdiyi məlumata görə, məktub ölkə başçısına Azərbaycan Aşıqlar Birliyinin adından ünvanlanıb:

“Çox istərdik ki, Bakının gözəl bir yerində Aşıqlar Evi tikilib istifadəyə verilsin. Bununla bağlı ölkə başçısına məktubla müraciət etmişik, inanırıq ki, müsbət cavab alacağıq. Yaradıcılıq evinin harada tikilməsi ilə bağlı nəzərimizdə olan konkret yer yoxdur. Məktubumuza müsbət cavab verilərsə, təklif olunan yerlərdən birini seçə bilərik. Prezidentin Gədəbəydə Aşıq Musiqisi Məktəbinin açılışında etdiyi çıxışından, aşıq sənətinə verdiyi yüksək qiymətdən sonra qərara gəldik ki, onun ideyalarından, bu sənətə verdiyi yüksək qiymətdən çıxış edib Aşıqlar Evinin yaradılması ilə bağlı məsələ qaldıraq. Bir daha demək istəyirəm ki, bu məsələnin müsbət həll olunacağına inanıram”.

Zəlimxan Yaqub əlavə edib ki, Aşıqlar Birliyinin VI qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır: “Biz qurultayı 2014-cü ildə keçirməyi planlaşdırırıq. Hazırda bu istiqamətdə iş aparılır. Qurultayın hansı ayda keçirilməsi haqqında bir müddət sonra məlumat verəcəyik”.



Teqlər:





Xəbər lenti