Rusiyada aeroporta azərbaycanlının adı verildi

Rusiyada aeroporta azərbaycanlının adı verildi
  29 Noyabr 2018    Oxunub:10956
Rusiyanın Tümen vilayətində aeroportlardan birinə azərbaycanlının adı verilib.
Azvision.az xəbər verir ki, bu barədə deputat Adil Əliyev məlumat paylaşıb.

Bildirilib ki, “Surqut” hava limanına Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanovın adı verilib.

Xatırladaq ki, Rusiyada aeroportlara dahi rusiyalıların adlarının verilməsinə dair layihə həyata keçirilir. Layihə çərçivəsində ümummilli müsabiqə elan edilib. Noyabrın 12-dək davam etmiş sosioloji sorğu nəticəsində hər aeroport üçün üç namizəd seçilib.

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti