ABŞ Qətərə F-15 qırıcıları verir

ABŞ Qətərə F-15 qırıcıları verir
  26 Noyabr 2018    Oxunub:4069
Qətərin hərbi hava qüvvələri 2021-ci ilin martınadək ABŞ istehsalı olan 6 ədəd ilk F-15 qırıcı təyyarələrini əldə edəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Qətərdə ABŞ-a məxsus Əl Udeid aviabazasının briqada generalı İssa əl-Məhannadi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qırıcıların tədarükünün ilk partiyasından sonrakı 2-3 ay ərzində növbəti 6 ədəd F-15 təyyarəsi, sonra isə hər 3 aydan bir daha 4 qırıcı Qətərə təhvil veriləcək.

Qeyd edək ki, Qətər 36 ədəd F-15 döyüş təyyarəsi almaq üçün 2017-ci ildə ABŞ-la müqavilə imzalayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qətər   F-15   ABŞ  





Xəbər lenti